AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Dissertasiya şurasının növbəti iclasında Səbinə Nizami qızı Yusifovanın 5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə c.ü.f.d. elmi dərəcəsi almaq üçün "Landşaft planlaşdırılması üsulu ilə Xızı inzibati rayonunun təbii və sosial-iqtisadi şəraitinin qiymətləndirilməsi" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi keçirilib.
Səbinə Yusifovaya coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması barədə gizli səsvermə yolu ilə qərar qəbul edilib.