Cİ-yə böyük həcmli yaddaş resursları təqdim olunub Yan 24, 2019 | 11:01 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikası Fövqəladə Hallar Atlasının, müxtəlif məzmunlu coğrafi xəritələrin, Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin xəritləşdirilməsi və ekoloji dəyişikliklərin Xəzər dənizinə və sahil zonasına təsirinin proqnoz-risk xəritələrinin, ekzodinamik proseslərin ətraf mühitinə təsirinin öyrənilməsi və ekogeomorfoloji proqnoz xəritələrin, qlobal və regional iqlim dəyişkənliyinin və antropogen amillərin ətraf mühitə təsirinin müxtəlif variasiyalı modellər və landşaft xəritələrinin hazırlanması, ekоlоji-соğrafi mоnitоrinq sisteminin yaradılması və s. istiqamətlərdə işlər həyata keçirilir. Bu işlərin həyata keçirilməsi zamanı aerokosmik informasiya (kosmik və aerofotoşəkil, Pilotsuz Uçan Aparatlardan alınan təsvirlər və s.), ərazi, vektor və attributiv məlumatlardan geniş istifadə edilir. Qeyd olunan məlumatlardan istifadə nəticəsində yaranmış böyük həcmli məlumatların saxlanılması zamanı məlumat itkisinin qarşısının alınması və məlumatların gələcək nəsillərə təhlükəsiz şəkildə ötürülməsi zərurəti yaranmışdır.

Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm Kompüter Şəbəkəsi tərəfindən AMEA Coğrafiya İnstitutuna böyük həcmli yaddaş resursları (Cloud Storage) təqdim olunmuşdur.  İnstituta 5 terabayta qədər yaddaş resurslarının verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Cloud Storage AMEA-nın institut və təşkilatları üçün nəzərdə tutulmuş ödənişsiz xidmətdir. Bu xidmət xüsusi əhəmiyyətə malik olan böyük həcmli məlumatların təhlükəsiz saxlanılmasını təmin edir.

İKT saytı

http://ict.az/Mobile/az/news/3901/?fbclid=IwAR1FFTPgLdLH5Vp4lO5QdW1_gTuuvXlVS6q2WPy7Jw_Cqdk6E6rnfo9AqpE