Heyvandarlığın ərazi təşkilinə dair yeni nəşr Fev 06, 2019 | 02:02 / YENİ NƏŞRLƏR

Akademik Ramiz Məmmədovun elmi redaktorluğu, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın müəllifliyi ilə AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” adlı yeni nəşri çapdan çıxıb.

Üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilmiş, bir sıra əməli təkliflər irəli sürülmüşdür.

Kitab ali məktəblərin  tələbə və müəllimləri, aidiyyatı üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Monoqrafiyanın materiallarından  “Azərbaycanın iqtisadi coğrafiyası” və “Kənd təsərrüfatı coğrafiyası” fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.