Şöbə iclasında səth suları mövzusunda dissertasiya işinin müzakirəsi olub Fev 12, 2019 | 03:02 / ELMİ İCLASLAR

Şöbə rəhbəri, c.ü.e.d. Rənabəyim Qaşqayın sədrliyi ilə  Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin açıq iclasında doktorant İftixar Adil oğlu Əyyubovun coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi  “Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.  Dissertant iclas iştirakçılarının müsbət rəyini alaraq  növbəti mərhələyə buraxılıb.