Psixoloq insan təfəkkürü və yaradıcılıq imkanları haqqında məruzə edib Fev 13, 2019 | 01:02 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi keçən Elmi seminarında pakistanlı psixoloq Cəfər Zahir Çuğtay  “İnsan təfəkkürü və yaradıcılıq imkanları” mövzusunda məruzə ilə çıxış edib. Bəşər yaranışından insan təxəyyülünün inkişaf mərhələlərindən söhbət açan məruzəçi təxəyyülün başlıca funksiyasının yaradıcılıqla bağlı olduğunu diqqətə çatdırıb, bildirib ki, yaradıcılıq və təxəyyül bir-biri ilə qarşılıqlı surətdə bağlıdır və yaradıcı fəaliyyət insana gələcəyi qabaqcadan görməyə, onu dəyişdirməyə imkan verir.