Halıç konqres mərkəzində Noy 27, 2016 | 06:11 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Xəzər dənizinin moritorinqi şöbəsinin müdiri”, AMEA-nın müxbir üzvü Rauf Qardaşov noyabrın 24-25-də Türkiyənin İstanbul şəhərinin Halıç Konqres Mərkəzində keçirilən Beynəlxalq Dünya Coğrafi İnformasiya Sistemləri  sərgisinin “Bu günü anlamaq, gələcəyi bölüşmək" adlı tədbirində iştirak etmişdir.

Açılışını Türkiyə Cümhuriyyətinin Ətraf Mühit naziri, İstanbulun meri və digər  digər rəsmilərin etdikləri tədbirdə müxtəlif ölkələrin idarə rəhbərləri,  təşkilat, universitet, şirkət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbir çərçıvəsində keçirilən simpoziumda “Coğrafi məlumat bazası”, “Coğrafi məlumatların istehsalı”, “Şəhər məlumat sistemləri” , “İqlim və Ətraf mühit”, “Ağıllı şəhərlər”, “Təşkilatlar üzrə tətbiqlər” , “Kosmik texnologiyalar və məsafədən zondlama” və “Coğrafi məlumat texnologiyaları” bölmələri üzrə müvafiq qurumlarin nümayəndələri məruzələr etmişər.