Cİ əməkdaşları Qızılağac körfəzində tədqiqat işləri aparmışlar Apr 01, 2019 | 03:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akad.  H.Ə. Əliyev  adına Coğrafiya İnstitutunun   Xəzər Dənizinin Hidrometeorologiyası şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.d. Nazim Əhmədov və  Ramin Atakişiyev martın 27-dən 30-dək Cənubi Xəzərdə yerləşən  Qızılağac körfəzində ekspedisiyada olmuşlar.

Tədqiqatçılar Qızılağac körfəzinin morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini xarakterizə edən məlumatlar əldə etmək məqsədilə kiçik və böyük körfəzlərdə əvvəlcədən təyin edilmiş nöqtələrdə  dərinlik üzrə ölçmə işləri aparmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürmüşlər. Onlar həmçinin, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplamışlar.