Gənc alimlərimizin Beynəlxalq konfransda çıxışı maraq doğurub Apr 05, 2019 | 05:04 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları - "Paleocoğrafiya" şöbəsinin elmi işçisi Elşən Abdullayev,  "Geoinformatika və Kartoqrafiya" şöbəsinin böyük laborantı Anar Abtalıbov və “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Xəzər Universitetində keçirilən "International Conference on Air-Land-Sea Interactions - ICALSİ 2019" (Hava-Su-Yer qarşılıqlı əlaqələri) beynəlxalq konfransında iştirak ediblər.

Tədbirdə Azərbaycanın müxtəlif dövlət və özəl qurumları ilə yanaşı, Türkiyə Respublikasından İstanbul Aydın Universiteti, İstanbul Texniki Universitetinin professor-müəllim heyəti,  həmçinin Çin Elmlər Akademiyası və  UNESCO-nun rəsmiləri iştirak etmişlər. 

E.Abdullayev və A.Abtalıbov konfransda "The impact of mud volcano to environment in Azerbaijan" (Azərbaycanda palçıq vulkanlarının ətraf mühitə təsiri) mövzusunda çıxış ediblər. Mövzu konfrans iştirakçılarının marağına səbəb olduğundan təqdim edilən tezisin məqalə şəklində çap edilməsi təklifi irəli sürülüb. 

Eləcə də “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Atmosferin çirklənməsi və avtomobil nəqliyyatı”  mövzusunda məruzə etmişdir.