AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, c.ü.f.d. Natavan Cəfərovanın rəhbərliyi ilə BDU Coğrafiya fakültəsinin 70 nəfərdən ibarət bir qrup tələbə və magistri Lənkəran və Astara şəhərlərinə səfər etmişlər.
Lənkəran rayon təbiətinin və iqtisadi potensialının öyrənuilməsi məqsədini daşıyan bu elmi-praktiki səfərdə Coğrafiya İnstitutunun magistrları da iştirak ediblər. İştirakçılar Qızıılağac Milli Parkında, Turizm obyektlərində olub, Astaraçay fabrikinin istehsal prosesini müşahidə ediblər.