AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AMİR Texnoloji Xidmət MMC-nin birgə təşkilatçılığı ilə 22-24 may tarixlərində Bakıda “Təbii və texnogen risklərin minimallaşdırılması və yeniliklər” mövzusunda birinci Avrasiya konfransı keçirilib.
Tədbirin məqsədi Avrasiya qitəsində təbii və texnogen risklər sahəsindəki problemlərin minimuma endirilməsi üçün müxtəlif elm sahəsinin alim və mütəxəssislərini bir araya toplamaq, onların bu istiqamətdə müzakirələr, fikir və təcrübə mübadiləsi aparmaqlarına, təkliflər hazırlanmasına imkan yaratmaq, enerji (neft və qaz, günəş və külək) sənayesi sahələri, eləcə də elmi tədqiqat institutları və akademik qurumların enerji məsələləri ilə məşğul olan sənaye sahələri ilə əməkdaşlığı və qarşılıqlı anlaşmanı inkişaf etdirmək və BMT çərçivəsində 2015-2030-cu illərdə fəlakət riskinin azaldılması üzrə "Minnilliklərin çağırışı" və Senday (Yaponiya) proqramını dəstəkləmək.
Akademik Ramiz Məmmədov “Azərbaycanın dağlıq regonıarında təbii fəlakətlər və GİS xəritələşməsi”, coğrafiya üzrə fəlsəfə doktoru Natavan Cəfərova “Təbii və texnogen fəlakətlərin minimallaşdırılmasında kosmik texnologiyalardan istifadənin tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər.