Direktor müavini sessiyanın işində iştirak edəcək May 31, 2019 | 04:05 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov iyunun 4-dən 8-dək Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası nəzdində Fundamental Coğrafi Problemlər Üzrə Birləşmiş Elmi Şuranın  və Beynəlxalq elmi Seminarın 23-cü sessiyasının işində iştirak etmək üçün dəvət alıb.

Azərbaycan nümayəndəsi Belorusda keçiriləcək "MDB regionu və ölkələrində yaşıl iqtisadiyyata keçidin ekoloji və coğrafi problemləri" adlı tədbirdə akademik Ramiz Məmmədovla birgə hazırladığı “ Azərbaycanın iqlim ehtiyatları və yaşıl iqtisadiyyat məqsədilə onlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edəcək.