Daşların mahiyyəti haqqında birgə seminar keçirilib İyn 03, 2019 | 07:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Daşların işığı – Qurani-Kərimdə qiymətli daşlar və onların elmi-fəlsəfi mahiyyəti” mövzusunda seminar keçirilib.

Tədbirdə Coğrafiya institutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev çıxış edib. Qeyd edib ki, seminarın əsas məqsədi insan və təbiət arasında əlaqənin fəlsəfəsinin, daşların insan həyatında rolunun, həmçinin müqəddəs kitablarda qiymətli daşlara verilən dəyərlərin araşdırılmasıdır. Daha sonra o, qiymətli daşların təsnifatını verərək, onların dəyər ölçüsünün meyarlarından danışıb.

Seminarda həmçnin Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Bibliya və Qurani-Kərimdə adları çəkilən qiymətli daşlardan danışıb.

Tədbirdə çıxış edən digər iştirakçıar da seminarın əhəmiyyətini qeyd ediblər.