Təmsilçimiz Belarusdakı tədbirdə məruzə edib İyn 12, 2019 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov iyunun 5-dən 8-dək Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası nəzdində Fundamental Coğrafi Problemlər Üzrə Birləşmiş Elmi Şuranın  və Beynəlxalq Elmi Seminarın 23-cü sessiyasının işində iştirak edib.

Belorusun Qrodnı şəhərində keçirilən "MDB regionu və ölkələrində yaşıl iqtisadiyyata keçidin ekoloji və coğrafi problemləri" adlı tədbirdə 7 ölkədən 50 coğrafiyaçı alim iştirak edib. Təmsilçimiz  tədbir çərçivəsində təşkil edilən “Yaşıl infrastrukturun təşkili və yaşıl iqtisadiyyata keçidin əsası kimi ekosistem xidmətlərinin inkişafı” adlı Dəyirmi masada akademik Ramiz Məmmədovla birgə hazırladığı “ Azərbaycanın iqlim ehtiyatları və yaşıl iqtisadiyyat məqsədilə onlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib.