240 saylı məktəbdə görüş May 24, 2019 | 04:05 / TƏDBİRLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nəsimi rayonunun 240 saylı tam orta məktəbində İnstitut əməkdaşlarının  müəllim-tələbə heyəti ilə  görüşü  keçirilib.

Əvvəlcə qonaqlar “Kiçik Akademiya” üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Sonra şagirdlər müəllimləri ilə birgə hazırladıqları qlobal istiləşmə, təbii fəlakətlərin təbiətə və insanlara vurduğu ziyanlar, günəş enerjisindən istifadə, ölkənin təbii ehtiyatları və s. mövzularda təqdimatlar ediblər. Məktəbin xüsusi qabiliyyətə malik 7-ci sinif şagirdi özünün  hazırladığı robotları nümayiş etdirib.

GAMŞ-ın  sədri, c.ü.f.d. Samirə Ələkbərova  “Kiçik Akademiya” üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, çıxış edən şagirdləri dəstəklədiyini bildirib, bu istiqamətdə təşkil olunan tədbirlərin şagirdlərin elmə olan marağının artmasına imkan yaratdığını, onlara stimul verdiyini qeyd edib.

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası kimi aktual mövzuların geniş təhlilinin verib.

İnstitutun elmi katibi, dosent Zərnurə Həmidova, “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, dosent Starə  Tarixazər də  çıxışçılara öz münasibətlərini bildiriblər, onlara elmi tövsiyələr veriblər, eyni zamanda,  gələcək tədqiqat mövzularının seçimində şagidrlərə daha diqqətli olmağı məsləhət görüb , müasir texnologiyaların  tətbiqi ilə təhlil aparmağın yollarını izah ediblər.