Magistrlar əla qiymətlə müdafiə ediblər İyn 11, 2019 | 03:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İxtisaslaşdırılmış Elmi Şurasının iclası keçirilib. İnstitutun  magistrləri  başa çatmış dissertasiya işlərini müdafiəyə təqdim ediblər.

Lətafət Məhərrəmli Landşaftşünaslıq ixtisası üzrə “Böyük Qafqazın cənub-şərq gömülmə zonası landşaftlarının differensassiya xüsusiyyətləri”, Nərmin Hüseynova İqtisadi və sosial coğrafiya ixtisası üzrə “Azərbaycanda baramaçılığın davamlı inkişafının iqtisadi-coğrafi aspektləri” və Vasif Yəhyayev İqlimşünaslıq ixtisası üzrə “Böyük Qafqazın şimal-şərq yamacında iqlim şəraitinin qiymətləndirilməsi” mövzusunda magistrlik dissertasiyasını uğurla müdafiə edərək Fərqlənmə Diplomuna layiq görülüblər.