Cİ əməkdaşları yay məktəbini başa vurublar İyn 18, 2019 | 02:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Hacıyeva Gülnar və Məhərrəmli Lətafət 12-14 iyun 2019 tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Qərbi Kaspi Universitetinin birgə əməkdaşlıq çərçivəsində təşkil edilən "Ekosistem Xidmətlərinin İnkişaf Planına Daxil Edilməsi" üzrə lll Bakı Ətraf Mühit Yay məktəbini uğurla başa çatdırmışlar. Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.