Qızılağac körfəzində tədqiqat aparılıb İyn 28, 2019 | 05:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə. Əliyev  adına Coğrafiya İnstitutunun   “Xəzər Dənizinin Hidrometeorologiyası” şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.doktorları Nazim Əhmədov, Zahidə Tatlıyeva və mütəxəssis Ramin Atakişiyev iyunun 18-dən 27-dək Qızılağac körfəzində ezamiyyətdə olmuşlar.

 Əsas məqsəd Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatları davam etdirmək olub. Tədqiq olunan ərazidə  dərinlik üzrə ölçmə işləri aparılmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürülmüş, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq  keçən) hazırkı vəziyyətləri və dənizin səviyyə durumu haqqında məlumatlar toplanmış və arxivləşdirilmə işləri yerinə yetirilmişdir.