Növbəti dəfə “Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib İyn 21, 2019 | 04:06 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu mülki müdafiə qərargahıın illik tədbirlər planına uyğun olaraq  hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə  “Xəbərdarlıq” və “Toplanış” məşqi keçirilib.

İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında təlimat verib, hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin tam hazır vəziyyətə gətirilməsi haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, tam hazır vəziyyət hər hansı vəziyyətdə verilən tapşırıqları mütəşəkkil qaydada təyin edilmiş müddətdə uğurla yerinə yetirməyə  başlamaq üçün  hazırolma durumuna deyilir və obyektin rəhbərinin qərarı ilə həyata keçirilir.

Tədbir iştirakçıları “Xəbərdarlıq” və “Toplanış” siqnalları verilən zaman davranış qaydalarını əks etdirən bir neçə video çarxa tamaşa ediblər.

Tədbirin sonunda qərargah rəisi iştirakçıları maraqlandıran sualları cavablandırıb.