Tiflisdə geoparkların inkişafına dair konfrans keçirilib İyl 22, 2019 | 04:07 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları -  başda akademik Ramiz Məmmədov olmaqla, coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani, dosent Elina Kərimova, Natavan Cəfərova və  kiçik elmi işçi Ərtünov Nofəl iyulun 18-dən 22-dək Tiflis şəhərində keçirilən “Cənubi Qafqaz transsərhəd əməkdaşlığında geoparkların potensialı” adlı Beynəlxalq konfransda iştirak ediblər.

Almaniyanın Yustus Libix adına Qisen Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir Zaqafqaziya ölkələri ərazisində geoparkların yaranması üçün potensialın üzə çıxarılması məqsədinü güdüb.

N.Cəfərova və N.Ərtünov konfransda mövzu üzrə məruzələrlə uğurlu çıxışlar ediblər və iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Konfrans çərçivəsində iştirakçıların Gürcüstanın Milli Parkına ekskursu baş tutub.

Professor Andreas Ditmanın rəhbərliyi ilə  Qisen Universitetinin bir qrup tələbəsi 22-24 iyul tarixlərində Azərbaycanda olmuşlar.  İnstitut əməkdaşları tərəfindən onlar üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğu,  "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu,Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna səfərləri təşkil edilib.