ArcGIS-3 proqram təminatı üzrə təlimlər keçiriləcək Sen 09, 2019 | 12:09 / MÜHÜM HADİSƏLƏR

7-18 oktyabr 2019-cu il tarixlərində AMEA  akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri üzrə təlimlər (ArcGIS-3 proqram təminatı) təşkil olunacaq.

Məlumat üçün bildiririk ki, Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti artıq ikinci dəfədir ki, bu təlimləri keçirir. 

Təlimlər Avstraliyanın Makkuori Universitetinin professoru Əli Əkbər Rəsuli tərəfindən aparılacaq. (http://www.prof-aarasouli.com)

Sonda iştirakçılara sertifikat veriləcək.

Email: yasharnasibli@yahoo.com

Tel.: (+994 50) 451 79 15