Əməkdaşlarımız Qafqaz Dağları Forumunda iştirak edəcəklər Sen 17, 2019 | 01:09 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Türkiyənin Ankara universitetində keçiriləcək Beynəlxalq  “Qafqaz Dağları Forumu 2019”-da iştirak edəcəklər.

30 oktyabr - 1 noyabr tarixlərində keçiriləcək forumda alimlərimizin 10-a yaxın məruzə ilə çıxış etməsi planlaşdırılır. Sayca ikinci forumun məqsədi "Qafqaz Tədqiqatları Gündəliyi"nin təsdiqi, təcrübə mübadiləsinin aparılması, dağların dayanıqlı inkişafı sahəsində tədqiqatlar, siyasət və təcrübə arasındakı əlaqələrin gücləndirilməsi, yeni elmi məlumatların nümayişi və dağlıq regionların inkişafı üçün çalışan qurumların regional və beynəlxalq əməkdaşlıq çərçivəsində bilik mübadiləsinin təşviqidir.

Forumun auditoriyasını Qafqaz regionu ölkələrinin elmi və ya akademik təşkilatlarının nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, beynəlxalq ekspertlər və s. təşkil edəcəkdir.