AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutun əməkdaşları – elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, c.ü.f.d. Məhərrəm Həsənov və aparıcı elmi işçi,c.ü.f.d. Elina Kərimova oktyabrın 23-24də Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşlar.
Məqsəd “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin NMR-in fiziki coğrafiyasına həsr olunmuş 1-ci cildinin yenidən müzakirəsi və çapa təqdim olunması olub. Kitab AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin yanında Coğrafiya İnstitutunun alimləri və müvafiq mütəxəssislərin iştirakı ilə müzakirə edilib və siqnal nüsxənin hazırlanması üçün mətbəəyə təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilib.
Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan 2-ci cildinın çapı bu ilin sonuna nəzərdə tutulmuşdur.