Cİ-də növbəti dəfə toplanış məşqi keçirilib Okt 18, 2019 | 05:10 / TƏDBİRLƏR

 AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda illik tədbirlər planına uyğun olaraq hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqi keçirməkdə məqsəd İnstitut əməkdaşlarını baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı qaydalarla məlumatlandırmaqdan ibarətdir.

İnstitutun Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev xəbərdarlıq və toplanış siqnalı alarkən fərdi və kollektiv müdafiə vasitələrindən istifadə yolları, fövqəladə hadisələrdən əsas müdafiə üsulları, ilkin tibbi yardımın göstərilməsi qaydaları haqqında məlumat verib.

Qərargah rəisi İnstitut əməkdaşları S.Mursalova, X.Rzazadə, R.İsmayılov, T.Salmanova  və başqalarının baş verə biləcək fövqəladə hallar zamanı yarana biləcək gözlənilməz vəziyyətlərin nizamlanması haqqına suallarını cavablandırıb.

Sonda N.Mustafayev iştirakçılara xəbərdarlıq və toplanış məşqinin sənədlərini paylayıb.