Direktor müavini Pekinə ezam olunur Okt 28, 2019 | 03:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akad.  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov oktyabrın 31-dən noyabrın 5-dək Çin Xalq Respublikasının paytaxtı Pekində ezamiyyətdə olacaq.

M.Həsənov Çin Coğrafiya Cəmiyyətinin 110 illiyi münasibəti ilə “Coğrafiya və dayanaqlı inkişaf” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edəcək.