Xəzərin səth sularının temperaturu müzakirə edilib Noy 18, 2019 | 02:11 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib. İclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru. Zabit Allahverdiyevin peyk  məlumatlarına  əsasən   Xəzər  dənizinin səth sularında temperaturun  tədqiqi üzrə elmi tədqiqat işi müzakirə edilib. Məruzəçi eyni adlı məruzəsində Xəzər dənizinin səth sularında orta aylıq, mövsümü, illik və çoxillik temperatur paylanmalarının gedişatı,  onları xarakterizə edən  xəritələrin tərtib edildiyi haqqında  geniş məlumatlar verilib. Çıxışda 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun  0.350C, ildə isə orta hesabla 0,0230C artığı qeyd edilib.

Sonra İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 7-8 noyabr tarixlərində Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində  “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilən elmi-praktiki konfrans haqqında məlumat verib. Konfransın işi Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.