Təmsilçimiz ekosistemlərin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edəcək Noy 28, 2019 | 05:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. Coğrafiya İnstitutu Landşaft və landşaft planlaşdırılması şöbəsinin rəhbəri, c.ü.f.d. Mirnuh İsmayılov noyabrın 29-dan dekabrın 2-dək Şamaxıda keçiriləcək Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli Görüşdə iştirak edəcək.

Tədbir “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsi ilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” layihəsi çərçivəsində baş tutacaq.

Azərbaycanda ekosistemlərin qiymətləndirilməsinin həyata keçirilməsi məqsədini daşıyan tədbirdə “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli Platformanın” yaradılması nəzərdə tutulmuşdur