İranda konfrans Okt 30, 2016 | 11:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov artıq on ildir ki, İran Islam Respublikasının  paytaxtında “Sahillər,  limanlar və dəniz təsərrüfatı” mövzusunda  keçirilən növbəti Beynəlxalq  konfransda iştirak etmək üçün oktyabrın 31dən  noyabrın 3-dək Tehran şəhərinə ezam olunmuşdur.

Alim bu Beynəlxalq konfransın elm komitəsinin üzvü kimi artıq bir neçə ildir ki, konfransa dəvət olunur və hər dəfə plenar iclasda əsas məruzəçilərdən biri kimi (keynote spiker) çıxış edir.

Akademik  bu dəfə “Xəzər dənizində mümkün neft dağılmaları modelləşdirilməsinin  trayektoriyası "  mövzusu ilə məruzə edəcək.