Elmi işçi urbanizasiya məsələlərinə dair konfranslarda çıxış edib Noy 27, 2019 | 04:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov noyabrın 21-dən 23-dək Moskvada keçirilən “Rusiya və Avropada urbanizasiya və regional inkişaf” mövzusunda 2-ci elmi-praktik konfransda iştirak edib.

Rusiya Xalqlar Dostluğu Universitetinin təşkil etdiyi tədbirdə E.Bədəlov “Azərbaycanda urbanizasiya proseslərinin demoqrafik aspektləri” adlı təqdimatla çıxış edib.

Elmi işçi həmçinin 12-17 noyabr tarixlərində Rusiyanın Ulan-Ude şəhərində keçirilən “Təbii inqilab regional səpgidə: əyalət şəhərlərinin timsalında” konfransında “Azərbaycanda urbanizasiya və suburbanizasiya” mövzusu ilə məruzə edib.