Tədqiqatçı Voronej məzuniyyətindən qayıdıb Okt 10, 2019 | 11:10 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu   Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi, texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov oktyabrın 3-dən 5-dək  Rusiyanın Voronej şəhərində  Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən  “Qlobal iqlim dəyişmələri, regional effektlər, modellər və  proqnozlaşdırılmalar” adlı elmi-praktiki konfransın iştirakçısı olub.

Tədqiqatçı tədbirdə  “XXI əsr: İqlimin tədqiqində məsafədən zondlamanın yeni metod və vasitələri” mövzusunda məruzə ilə çıxış edib.