Demoqrafik inkişafın problemlərinə dair məruzə edilib Dek 18, 2019 | 04:12 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarında  Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov “Azərbaycanın şəhər məntəqələrində davamlı demoqrafik inkişafın iqtisadi-coğrafi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Müəllif məruzəsində davamlı demoqrafik inkişafın aspektlərini analiz etmiş, iqtisadiyyat, məşğulluq, nəqliyyat, turizm, təhsil, səhiyyə, miqrasiya, məşğulluq və s. kimi sahələrdə  demoqrafik inkişafın mənfi və müsbət xüsusiyyətlərini təhlil etmiş,  müqayisəli olaraq Azərbaycanın qərb və şərq hissələrində hər 1000 nəfərə görə təbii artımın dinamikasını, yaş-cins tərkibini, əraziyə görə uzunömürlüyü və s. göstərmişdir. Qeyd edilmişdir ki, 2010-2017-ci illərdə ölkənin şəhər əhalisi arasında təbii artım əmsalı hər 1000 nəfərə görə 11,2-dən 7,4-ə, doğum əmsalı 17,2-dən 13,6-ya düşmüşdür. Doğumun cinsi tərkibinə gəldikdə,  1991-2017-ci illər ərzində hər 1000 nəfərə görə oğlanların sayı qızlara nisbətən 123,5 min  nəfər çox olmuş, körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə13,5-dən 18,7-yə kimi yüksəlmiş, boşanma göstəricisi isə 1,6-dan 1,9-dək  artmışdır.