Sankt-Peterburq Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb Dek 10, 2019 | 11:12 / MÜHÜM HADİSƏLƏR

 AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Sankt-Peterburqdakı Rusiya Dovlət Hidrometeorologiya Universiteti arasında əməkdaşlıq haqqında saziş bağlanılıb.

5 il müddətinə qüvvədə olacaq bu sənəd yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar üçün təlim sistemlərinin fəaliyyətini və elmi potensialın inkişafını asanlaşdırmaq məqsədini daşıyır.

Əməkdaşlığın əsas istiqamətləri təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin öyrənilməsi, sosial infrastruktur, əhalinin ərazi təşkilinin iqtisadi və coğrafi problemləri, informasiya sistemləri və geotexnologiya sahələrini əhatə edir.

Müqaviləyə əsasən birgə elmi tədgiqatların aparılması, seminar, təlim və konfransların təşkili, ixtisas artırma məqsədi ilə tədqiqaçıların və müəllim heyətinin qarşılıqlı mübadiləsi, hər iki tərəfin təcrubəsinə əsaslanan birgə proqramların işlənməsi nəzərdə tutulur.

Müqaviləni Coğrafiya İnstitutunun direktoru, akademik  Ramiz Məmmədov və Sankt-Peterburq Hidrometeorologiya Universitetinin rektoru Valeriy Mixeev imzalayıblar.