MM Qərargahının hesabat yığıncağı Yan 24, 2020 | 11:01 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Mülki müdafiə qüvvələrinin 2019-cu ilin yekunları və 2020-ci il üçün qarşıda duran vəzifələr haqqında” mövzusunda iclas keçirilib.

İnstitutun Mülki Müdafiə  Qərargahının rəisi Namazəli Mustafayev 2019-cu  ildə Mülki müdafiə haqqında  Azərbaycan Respublikası uyğun dövlət orqanlarının qanun və sərəncamlarının yerinə yetirilməsi istiqamətində İnstitutda görülən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O bildirib ki, İnstitutun rəhbər, komandir-rəis heyəti, əməkdaşlar və mülki müdafiə qərargahı, sülh və müharibə dövründə yarana biləcək fövqəladə hadisələrin, mülki müdafiə sisteminin yaxşılaşdırılmasına, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin hazır vəziyyətdə olmasına yönəldilmiş tədbirlərin mükəmməl keçirilməsi və dərindən mənimsənilməsi üçün müəyyən işlər görülmüş, müəssisədə komandir-rəis heyətinin hazırlığı üçün  məşq və təlimlər keçirilmişdir.

Sonra qərargah rəisi MM qüvvələrinin rəhbər, komandir-rəis heyəti, mülki müdafiə qüvvələrinə daxil olmayan əməkdaşların  2020-ci tədris ilində mülki müdafiə hazırlığının təşkili barədə danışıb, əməkdaşlarının suallarını cavablandırıb.

İnstitutun Mülki Müdafiə  Qərargahının 2019-cu il üçün fəaliyyəti qənaətbəxş qiymətləndirilib.