Alimlərimiz Gəncədən qayıdıblar Sen 07, 2016 | 04:09 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun alimləri – İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.e.d. Zakir Eminov və Demoqrafiya və əhali şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov sentyabrın 3-4-də Gəncə şəhərində keçirilən  Beynəlxalq konfransdan qayıtmışlar.

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən VIII beynəlxalq elmi-praktik konfransda Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tailand kimi 16 ölkədən 48 alim  və mütəxəssisin məruzəsi dinlənilib.

Konfrans aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində aparıcı tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək və onların həlli yollarını axtarıb tapmaq  məqsədini daşıyıb.

Z.Eminov və Cİ-nin doktorantı F.Bağırova “Azərbaycanda kənd təsərrüfatında baş verən struktur dəyişiklikləri”, E.Bədəlov isə doktorant V.Cavadovla həmmüəllif olduğu “Azərbaycanda bitkiçiliyin ərazi təşkilində baş verən meyllər” mövzusunda məruzələrlə çıxış ediblər.