AR MM yanında Toponimiya komissiyasının tərkibi haqqında AR Milli Məclisinin Qərarı Mart 31, 2020 | 10:03 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı  tərkibdə təşkil edilsin:

Cəfərov Nizami
Qulu oğlu

Milli Məclisin deputatı, akademik;

Həbibbəyli İsa
Əkbər oğlu

Milli Məclisin deputatı, AMEA-nın  vitse-prezidenti, akademik;

Rüstəmxanlı Sabir
Xudu oğlu

Milli Məclisin deputatı, filologiya    üzrə elmlər namizədi; 

Fətəliyeva Sevinc
Həbib qızı

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;

Quliyev Musa
İsa oğlu

Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru;

Məmmədov Hikmət
Baba oğlu

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor; 

Ələkbərov Əziz
Yusif oğlu

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;

Nağısoylu Möhsün
Zellabdin oğlu

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik;

Məmmədov Ramiz
Mahmud oğlu

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;

Məşədiyev Qara
İbrahim oğlu 

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

Abbasova Mahirə
Həsrət qızı

 

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru;

İmanov Emin
Dürhəsən oğlu

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri.

 2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.

 Azərbaycan Respublikası Milli Məclisinin Sədri            S.Qafarova            

Bakı şəhəri, 30 mart 2020-ci il.

science.gov.az