İnstitutun direktor müavini “Mədəniyyət” kanalının qonağı olub. Apr 21, 2020 | 12:04 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov  “Mədəniyyət” kanalında “Ekoetika” verilişinin qonağı olub.

Alim  Yer kürəsinin landşaftında, torpaqlarda, iqlimdə, hidrologiyada baş verən dəyişikliklərin səbəblərindən,  iqlim dəyişmələrinin müxtəlif epidemiyaların yayılmasındakı rolundan, dünyada sayı artan insanların tələbatını ödəmək üçün təbiətə daha böyük diqqətlə yanaşmağın vacibliyindən danışıb. O bildirib ki,

buzlaqların əriməsi nəticəsində okeanın səviyyəsinin qalxması, dünya okeanında cərəyanların istiqamətini və  sürətini dəyişməsi çox böyük ərazilərdə iqlimin temperaturunun dəyişməsinə səbəb olacaq ki, bunlar da ölçüyəgəlməz fəlakətlərlə nəticələınə bilən hadisələrdir.

https://igaz.az/az/videogallery/122