Cİ-nin elmi işçisi Covid-19 yeni sistem tətbiqi haqda Speys kanalına müsahibə verib Apr 23, 2020 | 02:04 / MÜHÜM HADİSƏLƏR

Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi"nin tətbiqi haqqlnda televiziyanın Speys kanalına müsahibə verib. 

O qeyd edib ki, günün reallığından irəli gələn və Respublikamız üçün əhəmiyyətli olan "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi" tətbiqinin köməyi ilə dünya ölkələri və  Azərbaycan üzrə pandemiya haqqında əks olunan və sutka ərzində azı bir dəfə təzələnən rəqəmlərlə tanış olmaq mümkündür. Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10.000 nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. kimi məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilir.  Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur. 

Rəsmi qurumlar tərəfindən pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında gündəlik məlumatlar əldə edilərsə,  şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.

Video yazıya  buradan baxmaq mümkündür.