Akademik R.Məmmədov iqlim dəyişmələri haqqında İTV-yə müsahibə verib May 07, 2020 | 06:05 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İctimai televiziya kanalında  "Sabahin xeyir Azərbaycan" verilişinin qonağı olub.

Havaların ildən-ilə istiləşməsindən danışan akademik, hərarətin 2,3 dərəcə artması ilə əsrin sonunda  planetdə baş verə biləcək qlobal təhlükələrdən - biomüxtəlifliyin pozulması, bitki örtüyünün dəyişməsi, yağıntıların azalması nəticəsində quraqlıq, səhralaşma proseslərinin labüdlüyündən, bəzi ölkələrdə hərarətin dözülməz həddə çatacağından, eləcə də,  istiləşmənin Azərbaycanda təzahürlərindən  söhbət açıb.

İqlim dəyişmələrinin yeni virusların, mutantların yaranmasına səbəb olduğunu vurğulayan alim Covid-19 yeni növ koronovirusun yaranma problemini də  istiləşmə ilə əlaqələndirib.

Videoya buradan  baxa bilərsiniz