Cİ alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib May 14, 2020 | 02:05 / MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti akademik Ramiz Mehdiyevin postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrə uyğun olaraq Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun  yüksək nüfuzlu beynəlxalq “Okeonoloji tədqiqatlar”  jurnalında AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsinə dair məqaləsi dərc edilib.

Coğrafiya  İnstitutu  Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.e.d. Səid Səfərov,  Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, c.ü.f.d Elnur Səfərov,  doktorantlar Camal Hüseynov və Nailə İsmayılovanın həmmüəllif olduqları məqalə Xəzərin Azərbaycana aid sahilyanı ərazilərində  və dəniz stansiyalarında  atmosfer yağıntıları rejiminin müasir dəyişmələrinin tədqiqinə həsr edilib.

“Azərbaycanın Xəzəryanı sahillərində atmosfer yağıntılarının müasir vəziyyəti” məqaləsini yüksək qiymətləndirən  Lomonosov adına Moskva Dövlər Universitetinin alimləri S.Səfərova təşəkkür məktubu ünvanlayıblar.

Məqalə ilə  buradan tanış ola  bilərsiniz.