Atmosfer yağıntıları Elmi seminarın müzakirə mövzusu olub May 20, 2020 | 02:05 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun onlayn yolu ilə Elmi seminarı keçirilib. İclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov "Azərbaycanın xəzəryanı ərazilərində atmosfer yağıntılarının müasir dəyişmələri" mövzusunda məruzə ilə çıxış edib.

O, iqlimin qlobal və regional istiləşməsi şəraitində Azərbaycanın xəzəryanı sahil zonasında atmosfer yağıntılarının müasir dəyişmələri, onları yaradan səbəblər və  gözlənilən mümkün fəsadlar (əraziləri, yolları, tunelləri su basması, torpaq sürüşmələrinin aktivləşməsi) haqqında geniş məlumat verib. Bildirilib ki, tədqiq edilən ərazi respublika iqtisadiyyatında mühüm yer tutduğuna görə, müvafiq istiqamətdə tədqiqatların davam etdirilməsi böyük elmi-praktik əhəmiyyət kəsb edir.