Coğrafiyaçı alim fəlakət risklərinin azaldilması üzrə iclasın iştirakçısı olub İyn 24, 2020 | 09:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş  iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsinin həmmüəllifi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması  ilə bağlı Əlaqələndirmə Qrupunun onlayn iclasının iştirakçısı olub.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşəbbüsü ilə keçirilən iclasda bir sıra dövlət qrumları və nazirliklərin, eləcə də AMEA-nın nümayəndələri iştirak ediblər. Tədbirdə  Senday çərçivə proqramına dair veb-saytın  təqdimından sonra çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması və hazırlanma mərhələləri müzakirə edilib, müvafiq dövlət qurumları nümayəndələrinin təklifləri dinlənilib, maraq doğuran suallara cavablar səsləndirilib. Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın hazırlanmasının üç mərhələdə həyata keçiriləcəyi bildirilib.