Cİ alimləri su ehtiyatlarından istifadəyə dair hazırlanacaq layihənin iştirakçılarıdır İyl 28, 2020 | 04:07 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Prezidentinin  Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün təsdiq etdiyiTədbirlər Planında "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” layihəsinin hazırlanması nəzərdə tutulur.

Bu işdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutu ilə birgə Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə nazirlikləri, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC iştirak edəcək.

Tədbirlər Planına əsasən, layihə 2020-2021-ci illərdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.