Vətəni qorumaq borcu və orduya dəstəyin bəzi nüansları Avg 28, 2020 | 10:08 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Modern.az saytında Kuba təcrübəsinin mənimsənilməsi mövzusunda növbəti məqaləsi dərc edilib.

Müəllif  “Vətəni qorumaq borcu və orduya dəstəyin bəzi nüansları” adlı məqaləsində Tovuz hadisələrinin Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha göstərdiyini, torpaqlarımıza soxulmağa cəhd etmiş düşmənin layiqli cəzasını alaraq geri otuzdururlmasını və vətənin müdafiəsi uğrunda xalqımızın möhtəşəm birliyinin nümayişini  diqqətə çatdırır.

 1986-1989-cu illərdə Latın Amerikasının Kuba Respublikasında  uzunmüddətli məzuniyyətdə olarkən şahidi olduğu maraqlı faktları  nümunə gətirən R.Fətəliyev əhalinin ordunu necə dəstəkləməsini, dövlətin vətənpərvərlik sahəsində apardığı təbliğatın verdiyi müsbət nəticələri yada salır. Bildirilir ki, bu təbliğatın  nəticəsidir ki, ABŞ kimi nəhəng ölkə bu respublikaya bata bilmədiyindən  60 ildir ki, onu  blakadada saxlayır.

Azərbaycanı Kuba ilə müqayisə edən müəllif  analoji nəhəng ölkəyə sığınıb alçaq niyyətlərini həyata keçirməyə çalışan mənfur qonşularımızı niyyətindən birdəfəlik  uzaqlaşdırmaq məqsədi ilə Kuba təcrübəsindən yararlanmağın müsbət nəticələr verəcəyinə əminliyini dilə gətirir. O həmcinin dünyada və regionda yaranmış son siyasi-iqtisadi durumu nəzərə alaraq, torpaqlarımızın işğaldan azad edilməsi və sərhədlərmizin daha etibarlı qorunmasında mülki əhalinin rolunun artırılması məqsədilə bir sıra əməli təkliflər də irəli sürür.

Sonda alim Vətənimiz uğrunda Ali Baş Komandanın ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizə dəstək verməklə düşmən işğalına məruz qalmış torpaqlarımızın azad olunacağına əminliyini bildirib.