“Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” kitabı çapdan çıxıb Sen 22, 2020 | 01:09 / YENİ NƏŞRLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.

Şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun yeni monoqrafiyası “Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” adlanır. Monoqrafiya Böyük Qafqazın və həmsərhəd ərazilərin (Azərbaycan hüdudlarında) landşaft müxtəlifliyinin elmi-metodiki məsələlərinin kartoqrafik tədqiqat metodunun tətbiqi ilə öyrənilməsinə, kartoqrafik landşaftometriyanın inkişafına və landşaft xəritəçiliyinə həsr olunmuşdur.

Kitabdan kartoqraflar, coğrafiyaçılar, landşaft morfometriyası və xəritəçiliyi ilə məşğul olan landşaftşünaslar, həmçinin torpaqşünaslar, geobotaniklər, ali məktəblərin müəllimləri, fiziki coğrafiya, kartoqrafiya ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və digərləri  yararlana bilərlər.