AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının “Böyük Qafqazın təbii landşaftlarının mühafizəsi” adlı kitabı çapdan çıxıb.Coğrafiya üzrə fəlsəfə doktoru Qalib Rüstəmov və elmi işçi Almaz Rüstəmova, eləcə də BDU-nun müəllimi Tahir İbrahimovun müəllif olduqları monoqrafiya uzun illər apardıqları tədqiqat materiallarının əsasında yazılıb. 3 fəsildən ibarət kitabda Böyük Qafqazın fiziki-coğrafi səciyyəsi, onun qorunan ərazilərinin landşaftları və onların ekokimyəvi xüsusiyyətləri, mühafizəsindən söz açılır.
Oxucular antropogen təsirlərə daha çox məruz qalan Böyük Qafqaz regionun ekoloji durumuna təsir edən amillər haqqında geniş məlumatı kitabdan əldə edə bilərlər.