Azərbaycan Prezidentinə müraciət Noy 04, 2020 | 03:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov ACC-nin çoxsaylı  üzvləri adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub göndərib.

 

Azərbaycan Coğrafiya Cəmiyyətinin çoxsaylı üzvləri adından 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan,

cənab İlham Əliyevə

 

MÜRACİƏT 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev!

Sizin rəhbərliyinizlə  aparılan hərbi əməliyyatlarda əldə olunan uğurlar Azərbaycan Coğrafiya Cəmiyyətinin çoxsaylı üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bu sevinci bizə bəxş etdiyiniz üçün Sizə sonsuz dərəcədə minnətdarlığımızı ifadə edirik.

Şanlı ordumuzun cəbhədəki uğurları, həmçinin informasiya mübarizəsinə rəhbərlik etməyiniz bizi qürurlandırır. Sizin xarici media mənsublarına verdiyiniz müsahibələr sağlam, dərin, məntiqi düşüncələrinizin təzahürüdür.

Coğrafi məkan baxımından döyüşlərin aparılmasının taktiki gedişləri qürurvericidir. Düşmən gözləmədiyi iqtiqamətlərdən ağır məğlubiyyətə uğramışdır.

Azad olunmuş torpaqlarımızın zəngin təbii sərvətləri respublikamızın iqtisadi, siyasi və mədəni cəhətdən daha da güclənməsinə səbəb olacaqdır.

Azadlıq uğrunda mübarizədə şəhidlərimiz və yaralılarımız da vardır. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza da şəfa versin!

Cənab prezident, Sizi əldə olunmuş qələbələr münasibəti ilə təbrik edir və can sağlığı arzu edirik! Azərbaycan coğrafiyaçıları Sizinlədir.

Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

ACC-nin prezidenti, akademik                                       R.M.Məmmədov