Məhv edilmiş maddi mədəniyyət abidələrinə həsr olunmuş vebinar keçiriləcək Noy 09, 2020 | 06:11 / MÜHÜM HADİSƏLƏR

AMEA Mərkəzi Elmi Kitabxanası 25 dekabr  2020-ci il tarixində  “AZƏRBAYCANIN ERMƏNİSTAN VƏ QARABAĞDA  MƏHV EDİLMİŞ MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ: KİTABXANALAR, MUZEYLƏR, TƏHSİL OCAQLARI NÜMUNƏSİNDƏ” mövzusunda  vebinar konfrans keçirəcək. 

İştirak etmək istəyənlər üçün qayda və şərtlər:

Konfransın tarixi: 25 dekabr 2020

Tezislərin son qəbul tarixi: 10 dekabr 2020

Qəbul olunmuş tezislərin elan tarixi: 20 dekabr 2020

Tezislər [email protected] unvanına göndərilməlidir

Tezislər onlayn (pdf) çap ediləcəkdir

Ünvan: Konfrans ZOOM proqramı vasitəsilə həyata keçiriləcəkdir. Proqrama qoşulmaq üçün kod elan ediləcəkdir.

 

MÖVZULAR

 

  1. İrəvan və ətraf rayon, şəhər, kənd yerlərində Azərbaycanın maddi-mədəniyyət abidələri;
  2. İrəvan xanlarının saray kitabxanaları, alim və üləmaların, görkəmli şəxsiyyətlərin şəxsi kitabxanaları, muzeyləri;
  3. Qarabağ və ətraf yerlərin işğalı nəticəsində talanmış, məhv edilmiş kitabxana və muzeylər;
  4. Qarabağa və onun şəhər, qəsəbə, kəndlərinə həsr olunmuş biblioqrafik kitablar, kitabxanalarda keçirilmiş sərgilər, tədbirlər və s. (Ümumi və ya müxtəlif kitabxanaların nümunəsi əsasında);
  5. Mövzuya həsr olunmuş elmi seminar, konfrans, simpoziumlar və s. haqqında məlumatlar;
  6. Azərbaycana məxsus antik əşyaların, qiymətli materilların dünya hərracına çıxarılması;
  7. Beynəlxalq hüquq və qanunların pozulması və işğalçı dövlətin məsuliyyətə cəlb olunması (Haaqa konvensiyası, YUNESKO-nun maddi-mədəni irsin qorunması haqqında aktları və s. )

 

TEZİSLƏRIN TƏRTİB QAYDALARI

 

  1. Səhifənin yuxarı sağ tərəfində 11 şriftlə (times new roman) müəllifin adı, soyadı, atasının adı, işlədiyi və ya təmsil etdiyi qurumun adı, əlaqə nömrəsi, eletron poçt ünvanı ardıcıllıqla yazılmalı. Ortada 12 qalın şriftlə, böyük hərflərlə tezisin adı qeyd olunmalı. Aşağıda sol tərəfdə kursivlə 3 dildə (azərbaycan, rus, ingilis) açar sözlər qeyd edilməli;
  2. Tezis 12 şriftlə (times new roman) yazılmalı, 1-3 səhifə həcmində olmalı;
  3. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməli;
  4. Tezislər 10 dekabr 2020-ci il tarixinədək [email protected] unvanına göndərilməlidir;
  5. Konfrans COVİD 19 pandemiya səbəbilə onlayn formatda keçiriləcəkdir;
  6. Konfransda iştirak sərbəstdir. Məruzə etməyən, tezis göndərməyən şəxslər də vebinarda iştirak edə, sual verə, təklif və arzularını bildirə bilərlər

 

Hörmətlə,

 SEVİL ZÜLFÜQAROVA,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru