FM 105 radiosunda ərazilərimizin potensialı müzakirə edilib Noy 09, 2020 | 07:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutnun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmrani  noyabrın 5-də  Azərbaycan Radiosu 105 FM-in “Soruşun cavab verək” verilişində “İşğal olunmuş və işğaldan azad edilmiş ərazilərimizin təbii-coğrafi və iqtisadi potensialı” adlı mövzunun müzakirəsində iştirak edib.

Alim regionun təbii və iqtisadi potenasialı barəsində fikirlərini bölüşüb,  iqlim amili, faydalı qazıntılar, termal və mineral sular, antropogen turizm abidələri, sənaye, kənd təsərrüfatı, sosial  infrastruktur sahələrinin gələcəkdə inkişaf etdirilməsi yollarından söz açıb.  Verilişdə həmçinin, işğal olunmuş və işğaldan azad edilmiş ərazilərdə “Strateji inkişaf proqrmaqları”nın hazırlanması, onların mərhələli şəkildə həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, dinləyicilərin  suallarına cavablandırılıb.