Aqrar təsərrüfat və ətraf mühitin mühafizəsi mövzusunda konfrans keçiriləcək Dek 20, 2020 | 08:12 / MÜHÜM HADİSƏLƏR

Qərbi Kaspi Universiteti arzu edənləri 30 yanvar  2021-ci il tarixində Universitetdə  onlayn keçiriləcək “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda  Respublika  elmi-praktiki  konfransında  iştirak eməyə dəvət edir.

Konfransda  elmi-texniki  inkişaf, kimyalaşdırmanın  kənd  təsərrüfatına  tətbiqinin genişlənməsi,  müasir heyvandarlıq komplekslərinin yaradılması, əhalinin  ərzaq  məhsulları  ilə  təminatı  problemi, qlobal  istiləşmə, qeyri-əlverişli  iqlim  şəraitləri  aqrar təsərrüfatlarda  bir çox  problemlərin  yaranması  və s. aktual problemlərin müzakirə edilməsi gözlənilir. Konfransın məqsədi aqrar təsərrüfatların inkişafının yeni istiqamətlərini araşdırmaq, əməyin mühafizəsi və insan həyatının təhlükəsizliyi, ətraf mühitin qorunması kimi aktual problemlər sahəsində elmi tədqiqat və praktiki fəaliyyətlərin nəticələrini ümumiləşdirməkdir.  

Elmi və praktik konfransın əsas istiqamətləri:

  • Ətraf mühitin qorunması müasir cəmiyyətin aktual problemi kimi;
  • Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri: 

    -müasir suvarma üsulları ilə suya qənaət, 

    -torpağın münbitliyinin artırılmasının perspektivli üsulu-vermikultura,

    -həşaratlara davamlı bitki sortlarının yaradılması,

  • Kimyalaşdırma və torpaqların mühafizəsi;
  • Müasir təsərrüfat komplekslərinin yaratdıqları ekoloji problemlər (heyvandarlıq, aqrar-təsərrüfat kompleksləri və s.);
  • Müasir aqrar təsərrüatların hidrosferə neqativ təsirləri-dənizlərin, göllərin, çayların çirklənməsində aqrar təsərrüfatların rolu;
  • Ekoloji təmiz qida məhsullarının istehsalında yabanı bitkilərdən istifadə;
  • Ərzaq qıtlığı probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu;
  • Ekoloji tərbiyə, təhsil və mədəniyyətin   təkmilləşdirilməsi və müasir praktikalar.
  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemlərin bərpası;
  • İşğaldan azad olunmuş torpaqlarda aqrar təsərrüfatların inkişaf perspektivləri.

 

“Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri

və ətraf mühitin mühafizəsi”

Respublika elmi konfransı

30 Yanvar 2021

Konfransda beynəlxalq və milli mütəxəsisslər, elmi-pedaqoji işçilər, doktorantlar, dissertantlar, magistrlar, tələbələr, ekologiya üzrə regional təşkilat rəhbərləri və mütəxəssislər, eləcə də müzakirə olunan məsələlərlə maraqlanan bütün şəxslər iştirak edə bilərlər.

Yaşadığımız dövr elmi-texniki inkişaf, kimyalaşdırmanın kənd təsərrüfatına tətbiqinin genişlənməsi, müasir heyvandarlıq komplekslərinin yaradılması, əhalinin ərzaq məhsulları ilə təminatı problemi, qlobal istiləşmə, qeyri-əlverişli iqlim şəraitləri aqrar təsərrüfatlarda bir çox problemlərin yaranması ilə xarakterizə olunur. Bu problemlər arasında ətraf mühitin mühafizəsi əsas yerlərdən birini tutur. Ekosistemlərə antropogen təsirin nəticəsində yaranan qeyri-əlverişli iqlim şəraiti, su çatışmazlığı ərzaq qıtlığı probleminin yaranmasına gətirib çıxarmışdır. Bu problemlərin həllinə ekoloji tərbiyənin, təhsilin və mədəniyyətin artırılması və təkmilləşdirilməsi ilə nail olmaq olar.

Elmi konfransın əsas istiqamətləri:

Ətraf mühitin qorunması müasir cəmiyyətin aktual problemi kimi;

Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri: -müasir suvarma üsullarını tətbiq etməklə şirin suya qənaət, -torpaq münbitliyinin artırılmasında yeni perspektiv üsul-vermikultura, -ziyanverici həşaratların təsirinə davamlı bitki sortlarının yaradılması,

Kimyalaşdırma və torpaq ekosisteminin mühafizəsi;

Müasir təsərrüfat komplekslərinin formalaşdırdığı yeni ekoloji təsirlər (heyvandarlıq, aqrar-təsərrüfat kompleksləri və s.);

Müasir aqrar təsərrüatların hidrosferə neqativ təsiri-dənizlərin, göllərin, çayların çirklənməsində rolu;

Ekoloji təmiz qida məhsullarının alınmasında yabanı bitkilərdən istifadə;

Ərzaq təhlükəsizliyi probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu;

Ekoloji tərbiyə, təhsil və mədəniyyətin təkmilləşdirilməsi işində müasir üsullar;

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemlərin bərpası;

İşğaldan azad olunmuş torpaqlarda aqrar təsərrüfatların inkişaf perspektivləri.

Qərbi Kaspi Universitetinin keçirəcəyi bu konfransda insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi, əlverişli mühitin yaradılması, ətraf mühitin komponentlərinə mənfi təsir riskini azaltmağa yönəlmiş unikal texnologiyaların inkişafı yollarının müasir üsullarla həlli yollarının müzakirə edilməsi və ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlər planının təklif edilməsi nəzərdə tutulmuşdur. Respublikamızın görkəmli alimlərinin bu mövzunu birgə müzakirə etməsi təqdirəlayiqdir.

 

Məqalələrin son qəbul tarixi: 5 dekabr 2020-ci il, saat 18.00.

Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbl küçəs, III Paralel, 17A Telefon: +994506448876, +994556963847

Məqalələr və ya konfrans barədə məlumat almaq üçün: [email protected] ; [email protected]