Okeanoloq alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib Yan 27, 2021 | 09:01 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun həmmüəllif olduğu elmi məqalə  impakt faktoru 1.78 olan “Journal of Modern Optics”  jurnalında dərc edilib.

Müəlliflər  sualtı obyektin səth dalğaları ilə təhrif olunmuş ani görüntülərini bərpa etmək metodunu işləyib hazırlamışlar. Bu metod iki müstəqil hissədən -  Günəş (və ya lazer) pariltılarının koordinatları və ölçülərindən  istifadə edərək dalğalı dəniz səthinin ani relyefini təyin edən alqoritmdən və səth dalğaları ilə təhrif olunmuş sualtı obyektin ani görüntüsünü bərpa edən  alqoritmdən ibarətdir. Metodun effektivliyi  riyazi modelləşdirmə və hovuzda aparılan təcrübələrlə öz təsdiqini tapıb. Bu metodun köməyi ilə  naməlum obyektin formasını və obyektin yerləşdiyi dərinliyi  təyin etmək mümkündür.