Akademik Xəzərin sahilinin donmasına aydınlıq gətirib Fev 25, 2021 | 04:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Şabran rayonunun Qilqilçay ərazisində Xəzər dənizi sahilinin  buz bağlamasına aydınlıq gətirib. 

Akademik bunu  havanın temperaturunun mənfi 10 dərəcəyə qədər aşağı düşməsi ilə əlaqələndirərək, dənizin ləpədöyən hissəsinin buzlaşdığı həmin ərazinin Xəzərin nisbətən dayaz yerləri olduğundan aşağı temperaturlarda onun donma ehtimalının daha yüksək olduğunu diqqətə çatdırıb. 

Soyuq hava şəraitinin üstünlük təşkil etməsinin səbəblərini açıqlayan alim bunların hamısının iqlim dəyişmələrinin nəticəsi və təzahürü olduğunu önə çəkib. O bildirib ki, ekstremal halların həm sayı, həm də tezliyinin və diapazonun təkrarlanma sayı artacaq. Yəni fəlakət gətirəcək təbii hadisələrin sayı çoxalacaq. Misal olaraq, əvvəl bu say 5-10 aralığında idisə, bundan sonra 25-ə qədər artacaq. Yəni bundan sonra sürüşmələr, zəlzələlər, uçqunlar və s. təbii hadisələr çox olacaq. Odur ki, insanlar, xüsusilə də sahil zonasında yaşayanlar buna qarşı müəyyən hazırlıqlar görməlidir.